Əsas Səhifə > İdman > Tokio-2020: Özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazandı
Tokio-2020: Özünün 3-cü, Azərbaycanın 12-ci qızıl medalını qazandı3-09-2021, 15:32 |
|
Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb. Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib. Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb. Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür. Rubrika.az Geri qayıt |