Əsas Səhifə > Cəmiyyət > DİN: "Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb"
DİN: "Ağsu sakininin 2001-ci ildə itkin düşməsi ilə bağlı polisə heç bir məlumat daxil olmayıb"3-09-2021, 17:25 |
|
"Oğluma şər atdılar ki, guya qıza sataşıb, indi oğlum neçə vaxtdır yoxa çıxıb"-Ağsudan şikayət” başlığı ilə yayımlanan görüntüdə əks olunan iddialar əsassızdır, həqiqəti əks etdirmir. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Ruhiyyə Zeynalovanın oğlu Feyruz Zeynalovun 2001-ci ildə itkin düşməsi ilə bağlı hüquq-mühafizə orqanlarına heç bir məlumat daxil olmayıb. Buna baxmayaraq, həmin iddiaların təfərrüatları Ağsu Rayon Polis Şöbəsi (RPŞ) tərəfindən araşdırılır. Bu, iddiaların ortaya çıxmasının kökündə mübahisə tərəflərindən birinin - Səlaməddin Əhmədovun R.Zeynalovun oğlu Mikayıl Zeynalova qarşı xüsusi ittiham qaydasında məhkəməyə müraciət etməsidir. R.Zeynalovanın qardaşı Malik Qəmbərovla qonşusu S.Əhmədovla 2020-ci ilin avqustunda su üstündə yaranan mübahisəyə qədər onlar arasında hər hansı ziddiyyət olmadığı araşdırmalarla, şahid izahatları ilə təsdiq olunub. Hazırda Ağsu RPŞ-də səsləndirilən iddialarla bağlı araşdırmalar davam etdirilir. Rubrika.az Geri qayıt |