Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Çox sayda ölən var – FOTO
Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı: Çox sayda ölən var – FOTO6-09-2021, 16:10 |
|
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 406 yeni yoluxma faktı qeydə alınıb, 2 867 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 37 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 445 278 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 386 549 nəfər müalicə olunaraq sağalıb, 5 879 nəfər vəfat edib, aktiv xəstə sayı 52 850 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 550, ötən müddət ərzində isə ümumilikdə 4 563 070 test aparılıb. Rubrika.Az Geri qayıt |