Əsas Səhifə > Siyasət > Fərid Qayıbov gənclər və idman naziri təyin edilib
Fərid Qayıbov gənclər və idman naziri təyin edilib7-09-2021, 14:48 |
![]() Fərid Fazil oğlu Qayıbov Azərbaycan Respublikasının gənclər və idman naziri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Fərid Fazil Qayıbov 24 aprel 1979-cu ildə Bakı şəhərində anadan olub. O, Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 2017-ci ildən Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsini tutub. Azərbaycan Gimnastika Federasiyasının (AGF) Baş Katibidir. 2017-ci ilin dekabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölkəmizdə idmanın inkişafında göstərdiyi xidmətlərə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Evlidir, iki oğlu, bir qızı var. Rubrika.az Geri qayıt |