Əsas Səhifə > Təhsil > Universitet müəllimi koronavirusdan öldü (FOTO)
Universitet müəllimi koronavirusdan öldü (FOTO)9-09-2021, 10:43 |
|
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU)"Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasının dosenti vəfat edib. Rubrika.Az ölkə.az-a istinadla xəbər verir ki, bu vəzifədə çalışmış Fəridə Məmmədova 70 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, 100-ə yaxın elmi əsərin, 16 dərslik və dərs vəsaiti, 2 ixtiraçılıq patenti, məqalə və yerli və Beynəlxalq konfranslarda məruzələrin müəllifidir. Texnika elmləri namizədi olmuş F.Məmmədova 2001-ci ildən "Neft-kimya texnologiyası və sənaye ekologiyası” kafedrasında dosenti vəzifəsində çalışıb. Rubrika.Az Geri qayıt |