Əsas Səhifə > Dünya > Bayden Tramp tərəfdarlarını hərbi şuralardan qovmaq qərarı verdi
Bayden Tramp tərəfdarlarını hərbi şuralardan qovmaq qərarı verdi9-09-2021, 11:26 |
![]() ABŞ Prezidenti Co Bayden Donald Tramp tərəfindən ölkənin hərbi xidmət akademiyalarının məşvərət şuralarına təyin edilmiş 11 məmurun istefası barədə əmr verib. Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Bayden administrasiyasındakı mənbələrdən məlumat verilib. İstefası istənilən məmurların arasında Ağ Evin keçmiş mətbuat katibi Şon Spayser, keçmiş prezident müşaviri Kellyann Konvay və keçmiş milli təhlükəsizlik müşaviri Makmaster kimi Dəniz Qüvvələrinin məşvərət məclislərinə qoşulan tanınmış Tramp tərəfdarlarının da olduğu deyilir. "Prezidentin vəzifəsi şuralarda işləmək üçün ixtisaslı və Ağ Evin indiki rəhbərliyinin dəyərlərinə uyğun insanların olmasını təmin etməkdir", - Ağ Evin sözçüsü Cen Psaki bildirib. Rubrika.az Geri qayıt |