Əsas Səhifə > Səhiyyə > Yaqut Qarayevadan vaksinlə bağlı vacib açıqlama
Yaqut Qarayevadan vaksinlə bağlı vacib açıqlama10-09-2021, 11:53 |
|
"Hər bir insanın vaksindən əvvəl və ya sonra koronavirus testi pozitiv çıxa bilər”. Bunu APA-ya açıqlamasında TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin rəhbəri Yaqut Qarayeva bildirib. O qeyd edib ki, lakin vaksinin vurulması ilə əlaqədar insanın PCR testinin pozitivləşməsi mümkün deyil: "Vaksinin vurulması nəticəsində qanda anticisimlər əmələ gəlir. PCR testlərlə isə sadəcə yaxmada virusun birbaşa genetik materialı təyin edilir. Anticisimlər genom testinə pozitivlik verə bilməz”. Rubrika.az Geri qayıt |