Əsas Səhifə > Mədəniyyət > Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb
Mehriban Əliyeva Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb10-09-2021, 10:30 |
|
Birinci vitse-prezident Mehriban Əliyeva koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun müalicəsini nəzarətə götürüb. Bu barədə Trend-ə Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu məlumat verib. Onun sözlərinə görə, hazırda Yaqub Zurufçunun vəziyyəti ilə bağlı məsələ Birinci vitse-prezident Mehriban Əliyevanın nəzarətindədir. Yaqub Zurufçunun müalicəsi üçün xaricdən həkim də dəvət olunub. Qeyd edək ki, koronavirusa yoluxan Yaqub Zurufçu “Yeni Klinika”ya yerləşdirilib. Rubrika.az Geri qayıt |