Əsas Səhifə > Manşet > Təbii ki, CƏSARƏTLƏRİ ÇATARSA!
Təbii ki, CƏSARƏTLƏRİ ÇATARSA!13-09-2021, 10:48 |
|
Ramin Bayramlı: "Bundan sonra da Vətənimə və Xalqıma xidmətimi davam etdirəcəyəm" Dünən Azərbaycanın son onilliklərində ilk dəfə müşahidə olunan hadisə baş verdi. TƏBİB idarə heyətinin sədri Ramin Bayramlı vəzifəsindən İSTEFA VERDİ ! Bəli, məhz böyük hərflərlə istefa verdi. Çünki 20-30 il eyni vəzifədə oturan, təkcə xalqın deyil elə vəzifədaşlarının da nifrətini qazanan, yaşının ixtiyar çağında sahibi-ixtiyar olmaqdan doymayan çoxlarına rəğmən cəmisi bir neçə il yüksək vəzifədə olan gənc birisinin istefa verməsi yenilikdir. İndi bəzi fürsətçilər R.Bayramlını ağ yuyub qara sərmək üçün qələmlərini itiləyiblər. Bəlkə onu Koronavirusun əsas baiskarı belə elan etməyə hazırdırlar. Azərbaycan səhiyyəsində olan bütün çatışmazlıqların da səbəbkarının R.Bayramlı olmasına onların heç bir şübhəsi yoxdur. Çünki qızını istəyəndə Əlişə “atam” deyənlər sayağı onların da işi-gücü, əqidəsi budur. Etiraf edim ki, onun kimi vəzifəyə gəlməyi heç kimə arzu etmirəm. Pandemiyanın tüğyan etdiyi, əsəblərin gərildiyi, insanların günahkar axtarışında olduğu bir zamanda R.Bayramlı ciddi problemləri olan səhiyyə sistemini sağaltmaq üçün təbib olmaq funksiyasını üzərinə götürdü. Onun buna nə qədər nail olduğunu əlahəzrət zamanın ixtiyarına buraxaq. Amma ən azından gördüklərimizi də deməliyik ki, həqiqət işığı sönməsin. R.Bayramlı çox çətin dövrdə səhiyyədə islahatların aparılmasına nail ola bildi. Demirik ki, inqilabi dəyişikliklər oldu, amma hər halda oldu. Məhz onun rəhbərliyi ilə baş həkim, şöbə müdirləri və həkim vəzifələrinə şəffaf təyinatlar oldu, bu sahədə yeniliklər həyata keçirildi. Az vaxt üçün bunları heç də az iş saymaq olmaz. Maraqlıdır ki, bütün bunların bundan sonra davamı olacaqmı? Yuxarıda dediyim kimi heç kimə R.Bayramlı kimi vəzifyə təyin olunmağı arzulamıram. Amma çoxlarına onun kimi vəzifədən getməyi arzulayıram. Təbii ki, buna cəsarətləri çatarsa ! Nicat Mahmudov Rubrika.Az Geri qayıt |