Əsas Səhifə > Səhiyyə > Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda peyvənd olunanların sayı açıqlanıb13-09-2021, 16:37 |
|
Azərbaycanda son sutkada koronavirus əleyhinə 1 266 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 077, ikinci mərhələ üzrə 189 nəfərdir. Vaksinlərin ümumi sayı 7 611 206, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 508 115, ikinci mərhələ üzrə isə 3 103 091 nəfər təşkil edir. Rubrika.az Geri qayıt |