Əsas Səhifə > İstisadiyyat > İpoteka Fondu ilə Fazil Məmmədovun şirkəti arasında sövdələşmə
İpoteka Fondu ilə Fazil Məmmədovun şirkəti arasında sövdələşmə16-09-2021, 12:47 |
|
İpoteka və Kredit Zəmanət Fondu çap qurğularının satın alınması üzrə müsabiqəyə yekun vurub. Rubrika.az qaynarinfo-ya istinadla xəbər verir ki, müsabiqənin qalibi "ATA Texnologiya” MMC olub. Satınalma müqaviləsinin maliyyə dəyəri 17 185.52 AZN-dir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, "ATA Texnologiya” MMC 15 oktyabr 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 000 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi, ev 102-də yerləşir. MMC-nin qanuni təmsilçisi Yusifov Mais Əmir oğludur. "ATA Texnologiya” MMC-nin təsisçisi "ATA Holding”dir. Bu barədə şirkətin veb-səhifəsində qeyd edilib. "ATA Texnologiya” MMC informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. "ATA Holding” keçmiş Vergilər naziri Fazil Məmmədovun biznes imperiyasına daxil olan kommersiya qurumlarından biridir. Rubrika.az Geri qayıt |