Əsas Səhifə > Səhiyyə > ÜST nümayəndəsi: "Azərbaycanda "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb"
ÜST nümayəndəsi: "Azərbaycanda "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb"16-09-2021, 13:55 |
![]() "Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasının "mü" ştamı ilə yoluxma faktı qeydə alınmayıb. "Mü" ştamının araşdırılması ilə bağlı müxtəlif genom analizləri aparılır". Bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, "mü" ştamı hazırda əsasən Cənubi Amerikada geniş yayılıb: "Yoluxma faktı ilə bağlı Azərbaycan səhiyyə strukturlarında, əlbəttə ki, vaxtaşırı analizlər aparılır. COVID-19-un "mü" ştamı ilə yoluxma faktı qeydə alındıqda ictimaiyyət bu barədə məlumatlandırılacaq".("Report") Rubrika.az Geri qayıt |