Əsas Səhifə > Aktual > Ərini öldürən 26 yaşlı qadının MƏHKƏMƏSİ

Ərini öldürən 26 yaşlı qadının MƏHKƏMƏSİ


19-09-2021, 22:28
Ərini öldürən 26 yaşlı qadının MƏHKƏMƏSİ

Bakıda həyat yoldaşını bıçaqlayaraq öldürməkdə ittiham olunan qadın hakim qarşısına çıxarılıb.

Rubrika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Sevda Babayevanın cinayət işi üzrə məhkəmə araşdırması başlayıb.

İlk məhkəmə prosesində təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Qətl hadisəsi Qaradağ rayonunda baş verib.

S.Babayeva Əskərzadə Elvin Pənah oğlunu yaşadıqları evdə bıçaqlayaraq öldürüb

S.Babayeva şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürüb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Bir uşaq anası olan S.Banayevanın həyat yoldaşı ilə münasibətlərinin pis olduğu, aralarında dəfələrlə mübahisələr yarandığı bildirilir.(Musavat.com)

Rubrika.az
Geri qayıt