Əsas Səhifə > Bölgə > Ağdamda mina partlaması barədə rəsmi AÇIQLAMA
Ağdamda mina partlaması barədə rəsmi AÇIQLAMA21-09-2021, 10:15 |
|
21 sentyabr 2021-ci il tarixdə saat 1 radələrində Ağdam rayonunun Qərvənd kəndi ərazisində təmir işləri aparan zaman “Körpü-Bina-Tikinti” MMC-yə məxsus ekskovator yükləyici traktor ilə sürücü 1972-ci il təvəllüdlü Zəfər Ağayevin tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ağdam Rayon Prokurorluğundan verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır. Rubrika.az Geri qayıt |