Əsas Səhifə > Müsahibə > "Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır" - Müdafiə Nazirliyi
"Azərbaycan Ordusunun əsgərinin Xocavənddə minaya düşməsi yalandır" - Müdafiə Nazirliyi21-09-2021, 15:35 |
![]() Müdafiə Nazirliyi Xocavənd rayonunda Azərbaycan Ordusunun əsgərinin guya piyada əleyhinə minaya düşməsi ilə bağlı yayılan məlumata münasibət bildirib. Nazirlikdən verilən məlumata görə, sentyabrın 21-də Xocavənd rayonu istiqamətində hər hansı partlayış baş verməyib. "Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdə ümumiyyətlə yayılan məlumatda qeyd olunduğu kimi Nəbiyev Samir Sahib oğlu adlı hərbi qulluqçu yoxdur. Bütün KİV-ləri və sosial şəbəkə istifadəçilərini yalan və rəsmi mənbələrdən dəqiqləşdirilməmiş məlumatlar yaymamağa çağırırıq", - Müdafiə Nazirliyindən bildirilib. Rubrika.Az Geri qayıt |