Əsas Səhifə > Araşdırma > “OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?
“OBA” marketdə ÖZBAŞINALIQ - ƏDV-ni mənimsəmək üçün müştərilər necə ALDADILIR?22-09-2021, 13:04 |
![]() “OBA” marketlər şəbəkəsində özbaşınalıq hökm sürdüyü iddia olunur. Belə ki, marketlər şəbəkəsinin “İnşaatçılar” metrostansiyası yaxınlığında yerləşən filialında bir həftədən çoxdur ki, müştərilərə alış-veriş zamanı qəbz verilmir. Alıcılar qəbzi tələb edəndə isə market işçiləri min cür bəhanələr gətirir. Sözügedən marketdə qəbzin verilməməsi ƏDV-nin mənimsədilməsi kimi dəyərləndirilib. Rubrika.az bildirir ki, bizim.media-ya müraciət edən müştərilər belə deyir. Onların sözlərinə görə bu azmış kimi “OBA” marketlər şəbəkəsinin özünə məxsus paketləri ya "aptek"lərdən, ya da "Al market"dən alınır. Məsələ ilə bağlı Bizim.Media-ya danışan "OBA”marketlər şəbəkəsinin rəsmisi Təranə Cəlilzadə qeyd edilən problemin artıq həll olunduğunu bildirib: “Yasamal 20” marketimizdə logistika gecikməsi səbəbi ilə çek problemi yaranıb. Məsələyə müdaxilə edilərək qeydə alınmış problem artıq aradan qaldırılıb”, - deyə market rəsmisi əlavə edib. Qeyd edək ki, "OBA" marketlər şəbəkəsi müştərilərə xidmətdə ən çox tənqid edilən ticarət mərkəzidir. Rubrika.Az Geri qayıt |