Əsas Səhifə > RubrikaTV Video > Etibar Pirverdiyevin oğlu Bakıda "Porsche" ilə "avtoş"luq etdi - VİDEO
Etibar Pirverdiyevin oğlu Bakıda "Porsche" ilə "avtoş"luq etdi - VİDEO22-09-2021, 14:43 |
![]() Bakıda sürət həddini aşan sürücü yolda təhlükəli anlar yaşadıb. Rubrika.az avtosfer.az-a istinadən xəbər verir ki, 99-EP-009 dövlət nömrə nişanlı “Porsche” markalı avtomobilin sürücüsü sentyabrın 20-i paytaxtın hava limanı yolunda hərəkət edən zaman sürət həddini aşıb. Avtomobilin sürəti o qədər yüksək olub ki, bir neçə saniyəyə gözdən itib. “Porsche”nin sürücüsü “Azərenerji”nin sabiq rəhbəri Etibar Pirverdiyevin oğlu Elvin Pirverdidir. Qeyd edək ki, E.Pirverdi Londonda təhsil alıb və adı atasının biznes imperiyasında bir neçə dəfə hallanıb. VİDEO BURADA: https://bax.tv/avto-moto/bakida-gulle-kimi-ucan-surucu-kimdir-009-143859 Rubrika.Az Geri qayıt |