Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb
Azərbaycanda daha 1 356 nəfər koronavirusa yoluxub, 17 nəfər ölüb22-09-2021, 22:22 |
|
Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1 356 yeni yoluxma faktı qeydə alınıb, 2 651 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Report"a bildirilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 476 409 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 441 731 nəfər müalicə olunaraq sağalıb, 6 370 nəfər vəfat edib, aktiv xəstə sayı 28 308 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 546, ötən müddət ərzində isə ümumilikdə 4 778 393 test aparılıb. Rubrika.az Geri qayıt |