Əsas Səhifə > Aktual > Azərbaycanda nəhəng dövlət şirkətlər ləğv olunur - SİYAHI
Azərbaycanda nəhəng dövlət şirkətlər ləğv olunur - SİYAHI23-09-2021, 10:24 |
![]() Azərbaycan Sənaye Korporasiyasına tabe olan ölkənin aparıcı dövlət şirkətləri ləğv olunur. Yeniavaz.com ləğv olunan şirktlərin siyahısını təqdim edir: "Azərtütün" MMC (VÖEN: 1305091901) "Şəki Kərpic İstehsalı" MMC (VÖEN: 1305091881) "Bakı Ayaqqabı" MMC (VÖEN: 1004879211) "Azərşüşətara" MMC (VÖEN: 1101637151) "Şəki İpək İstehsalı" MMC (VÖEN: 1305092411) "Şəki Heyvandarlıq" MMC (VÖEN: 1305092131) "Şəki Ət və Süd Məhsulları" MMC (VÖEN: 1305093051) "Azərpambıq" MMC (VÖEN: 1305092261) "Mingəçevir İzolit" MMC (VÖEN: 1305092001) Məlumat üçün bildirək ki, “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyəti - “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanına əsasən 06 noyabr 2017-ci ildə yaradılıb. “Azərbaycan Sənaye Korporasiyası” ASC-də 5 üzvdən ibarət Müşahidə Şurası yaradılıb. Müşahidə Şurasının sədri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirovdur. Müşahidə Şurasının üzvləri isə Kənd təsərrüfatı naziri İnam Kərimov, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Xalid Əhədov, İqtisadiyyat naziri Mikayıl Cabbarov, Maliyyə naziri Samir Şərifov və Mərkəzi Bankının sədri Elman Rüstəmovdur. Rubrika.Az Geri qayıt |