Əsas Səhifə > İdman > Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olundu
Milli Paralimpiya komandalarına baş məşqçilər təyin olundu23-09-2021, 16:32 |
|
Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun “Baş məşqçilərin təyinatı haqqında” olan əmrinə əsasən, 28 avqust - 8 sentyabr 2024-cü ildə Parisdə keçiriləcək XVII Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar olaraq 2021-2024-cü illər üzrə Milli Paralimpiya komandalarına idman növləri üzrə baş məşqçilər təyin olunub. Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, əmrə əsasən: 1. İbrahimov İbrahim Eldar oğlu - kişilərdən ibarət cüdo idman növü üzrə milli komandanın, 2. İbrahimov Ramin İbrahim oğlu - qadınlardan ibarət cüdo idman növü üzrə milli komandanın, 3. Panyutin Oleq Viktoroviç - atletika idman növü üzrə milli komandanın, 4. Culfayev Alavərdi Abasoviç - üzgüçülük idman növü üzrə milli komandanın, 5. İbişov İlqar Əsgər oğlu - pauerliftinq idman növü üzrə milli komandanın, 6. Abdullayev Yusif İnqlab oğlu - güllə atıcılığı idman növü üzrə milli komandanın, 7. Abbasov İlqar Əziz oğlu - kamandan oxatma idman növü üzrə milli komandanın, 8. Tağızadə Fərid Əvəz oğlu - para-taekvondo idman növü üzrə milli komandanın, 9. Abdullayev Zahir Abdulla oğlu - qolbol idman növü üzrə milli komandanın, 10. Məhərrəmov İlham Nadir oğlu - boccia idman növü üzrə milli komandanın, 11. Qubuşova Ruqiyyə Heydər qızı - stolüstü tennis idman növü üzrə milli komandanın, 12. Məlikov Asəf Adil oğlu - qılıncoynatma idman növü üzrə milli komandanın, 13. Həsənquliyev Amid Umud oğlu - para-velosiped idman növü üzrə milli komandanın, 14. İsmayılov Məhəmməd Sahib oğlu - qış idman növləri üzrə milli komandanın baş məşqçiləri təyin ediliblər. Rubrika.Az Geri qayıt |