Əsas Səhifə > Səhiyyə > Azərbaycanda son sutkada koronavirusa 1 178 nəfər yoluxub - FOTO
Azərbaycanda son sutkada koronavirusa 1 178 nəfər yoluxub - FOTO23-09-2021, 16:47 |
|
Son sutkada Azərbaycanda koronavirusa (COVID-19) 1 178 yeni yoluxma faktı qeydə alınıb, 2 322 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 24 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 477 587 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 444 053 nəfər müalicə olunaraq sağalıb, 6 394 nəfər vəfat edib, aktiv xəstə sayı 27 140 nəfərdir. Ölkədə son sutka ərzində 12 331, hazırkı dövrədək isə 4 790 724 test aparılıb. Rubrika.Az Geri qayıt |