Əsas Səhifə > Cəmiyyət > Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı - DİN
Daşkəsəndə itkin düşən şəxslərə məxsus geyim tapıldı - DİN24-09-2021, 14:42 |
|
Daşkəsən rayonunda itkin düşən 21 yaşlı İsmət Bayramov və 11 yaşlı Ülfət Rüstəmovun axtarışları davam etdirilir. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bu gün səhər saatlarında Göygöl-Kəlbəcər rayonları arasında yerləşən ərazidə Daşkəsəndə itkin düşən iki nəfərə məxsus paltar, çəkmə, uşaqlardan birinin gödəkçəsi və at sümükləri tapılıb: “Hazırda hadisə yerinə ANAMA və polis əməkdaşları cəlb edilib. Həmin şəxslərin tapılması istiqamətində Göygöl-Kəlbəcər rayonları ərazisində intensiv axtarış işləri həyata keçirilir”. Qeyd edək ki, iyul ayının 30-da Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri - 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmov itkin düşüb. Rubrika.Az Geri qayıt |