Əsas Səhifə > Bölgə > Sentyabrın 27-si azad olunan ərazilər (SİYAHI)
Sentyabrın 27-si azad olunan ərazilər (SİYAHI)27-09-2021, 11:28 |
|
Bir il əvvəl Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı. Rubrika.az oxu.az-a istinadla xəbər verir ki, hücum əməliyyatlarının başlandığı ilk gündən Müzəffər Ordumuz bir neçə yaşayış məntəqəsini və strateji yüksəklikləri azad etdi. Sentyabrın 27-də azad olunan əraziləri təqdim edirik: - Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı kəndləri; - Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri; - Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər. Rubrika.az Geri qayıt |