Əsas Səhifə > Səhiyyə > Dünyanın sonuna kimi COVİD bizimlə yoldaş olacaq - Həkim
Dünyanın sonuna kimi COVİD bizimlə yoldaş olacaq - Həkim28-09-2021, 17:07 |
|
"Pandemiya bitməyib, davam edir. Nə qədər həyat var, bir o qədər də koronavirus davam edəcək”. Bunu Qaynarinfo-ya açıqlamasında həkim-infeksionist Vüqar Cavadzadə deyib. Onun fikrincə, artıq insanlar bunu psixoloji baxımdan da qəbul edib: "COVİD-i həyatımızın bir parçası qəbul etməliyik. O, həyatımızın bir parçasıdır, ilbəil azalacaq-çoxalacaq, yanaşı xəstəlikləri olanlar ağır keçirəcək, ölüm halları olacaq. Artıq dünya səhiyyəsi də anlayır ki, sərt karantin tətbiq etməklə virusun kökünü kəsmək mümkün olmayacaq. Yəni COVİD-lə yola getmək lazımdır”. Vüqar Cavadzadə hesab edir ki, bundan sonra vəziyyətin necə olacağı vətəndaşlardan asılıdır: "Məsuliyyətli olmaq lazımdır. Hər kəs özünü qorumalıdır”. Rubrika.Az Geri qayıt |