Əsas Səhifə > Cəmiyyət > Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirdi
Müdafiə Nazirliyi erməni tərəfinin yaydığı məlumata münasibət bildirdi28-09-2021, 17:23 |
|
Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması barədə yayılan məlumata münasibət bildirib. Qurumdan bildirilib ki, yayılan məlumat həqiqəti əks etdirmir: “Sentyabrın 28-də Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin bölmələri istiqamətində atəş açılması və nəticədə qarşı tərəfin hərbi qulluqçusunun yaralanması barədə Ermənistan mətbuatının yaydığı məlumat həqiqətə uyğun deyil”. Rubrika.Az Geri qayıt |