Əsas Səhifə > Siyasət > Zakir Həsənov üçtərəfli görüşdə iştirak edəcək - Yeni
Zakir Həsənov üçtərəfli görüşdə iştirak edəcək - Yeni4-10-2021, 11:02 |
|
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana yola düşüb. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. General-polkovnik Z.Həsənov Gürcüstanın Kaxeti bölgəsində keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə Müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək. Görüşlərdə ölkələr arasında hərbi, hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə ediləcək. * * * 09:23 Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfər gedib. Nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək. Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektləri müzakirə olunacaq. Rubrika.az Geri qayıt |