Əsas Səhifə > Bölgə > 44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr
44 günlük Vətən müharibəsinin xronikası: 4 oktyabr4-10-2021, 12:09 |
|
..2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi. Rubrika.az Teleqraf.com-a istinadla xəbər ki, Vətən müharibəsinin xronikasını təqdim edir. - Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etdiyini açıqlayıb. - Oktyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. - Prezident İlham Əliyev "Əl-Ərəbiyə" televiziya kanalına müsahibə verib. - Prezident İlham Əliyev: Cəbrayıl rayonunun Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan, Decal kəndləri işğaldan azad edilib. - Prezident İlham Əliyev Mayis Bərxudarov və Hikmət Mirzəyevi təbrik edib. - Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində ordumuzun cəbhədə qazandığı qələbələrlə bağlı paylaşım edib. - Ötən il bu günü Suqovuşana Azərbaycan bayrağı asılıb - Ermənistanın atəşi nəticəsində Beyləqan şəhərində 2 dinc sakin həlak olub, 2 nəfər isə xəsarət alıb, Baş Prokurorluq Gəncənin ağır artilleriyadan atəşinə tutulması barədə açıqlama yayıb. Ermənistanın Gəncəyə atdığı raketlər nəticəsində 1 mülki şəxs həlak olub, 4 nəfər yaralanıb - Arayik Arutunyan barəsində cinayət işi başlanılıb. - Azərbaycanın Baş prokuroru beynəlxalq təşkilatlara müraciət etdi - Gəncədə erməni təxribatı nəticəsində yaralanan şəxslərin adları açıqlanıb. - Mübariz İbrahimovun düşmən qüvvəsini məhv etdiyi posta Azərbaycan Bayrağı sancılıb. - Müdafiə nazirliyi növbəti dəfə düşməndən götürülən xeyli sayda qənimətin görüntülərini paylaşıb. Rubrika.az Geri qayıt |