Əsas Səhifə > Cəmiyyət > 4 nəfərin ölümünə səbəb olan iş adamının məhkəməsi təxirə salındı

4 nəfərin ölümünə səbəb olan iş adamının məhkəməsi təxirə salındı


5-10-2021, 15:38
4 nəfərin ölümünə səbəb olan iş adamının məhkəməsi təxirə salındı

Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.

Trend-in məlumatına görə,hakim İlham Mahmudov sədrliyi ilə keçirilən iclasda elan olunub ki, ittiham aktı təqsirləndirilən şəxsə 2 gün əvvəl verilib.

Hakim bildirib ki, qanuna görə, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır. Hakim bu əsasla prosesi oktyabrın 12-ə təyin edib.

Qeyd edək ki, “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.

RUBRİKA.AZ
Geri qayıt