Əsas Səhifə > Cəmiyyət > Valideynlərinin imtina etdiyi 2 yaşlı uşaqla bağlı araşdırmalar gedir
Valideynlərinin imtina etdiyi 2 yaşlı uşaqla bağlı araşdırmalar gedir5-10-2021, 16:42 |
|
Azərbaycanda müvəqqəti baxılması üçün qonşuya verilən azyaşlının valideynlərinin tapılması istiqamətində araşdırmalara başlanılıb. Bu barədə virtualaz.org-a Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu deyib. Onun sözlərinə görə, artıq məsələ ilə bağlı aidiyyatı qurumlar da məlumatlandırılıb. O bildirib ki, sığınacağa 2 yaşlı uşağın yerləşdirildiyi barədə Dövlət Komitəsinə məlumat verilib. Məlum olub ki, azyaşlı valideynləri tərəfindən müvəqqəti baxılması üçün qonşuya təhvil verilib. Amma sonradan uşağı qonşuya verən şəxslə əlaqə saxlamaq mümkün olmayıb. Qonşu ailə azyaşlının valideynləri ilə əlaqə saxlamağa çalışsa da, anasının telefonuna zəng çatmayıb. Uşağın atası isə ondan imtina etdiyini bildirib. Bundan sonra qonşu azyaşlını sığınacağa təhvil verib. T.Mərdanoğlu deyib ki, məsələ Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzarətindədir və artıq uşağın valideynlərinin tapılması istiqamətində araşdırmalar aidiyyəti qurumlarla birlikdə davam etdirilir. *** 14:03 Bakıda ana 2 yaşlı övladını bir neçə saatlıq baxması üçün qonşusuna verib, lakin günlər keçsə də, gəlib geri götürməyib. Çarəsi qonşu hüquq-mühafizə orqanlarına müraciət edib. Polis əməkdaşları uşağı müvəqqəti olaraq “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına yerləşdirib. Bu barədə virtualaz.org-a sığınacağın sosial işçisi Yaqut Məmmədyarova məlumat verib. “Ana bildirib ki, atası xəstəxanadadır, 2 saata geri dönəcək. Lakin 3 gün ərzində geri qayıtmayıb, nə də zəng vurub övladı ilə maraqlanmayıb. Uşağın atasına bununla bağlı məlumat verilib. Ata da əvvəlcə oğlundan imtina edib, lakin sonradan onu geri götürməyə razılaşıb”,-sosial işçi danışıb. Uşaq hazırda sığınacaqdadır. Ata onu geri götürmək üçün sənədlər təqdim etməlidir. Ananın rəsmi nikahda olduğu halda başqa biri ilə qoşulub qaçdığı ehtimal olunur. Digər məlumatda isə qadının maddi imkansızlıqdan belə bir yola əl atdığı güman edilir. Y.Məmmədyarova qeyd edib ki, sığınacağa edilən müraciətlər artıb: “Dünən də 10 aylıq körpəni dövlət uşaq müəssisəsinə yerləşdirdik”. Rubrika.Az Geri qayıt |