Əsas Səhifə > Cəmiyyət > Bakıda orta məktəb şagirdini avtomobil vurub
Bakıda orta məktəb şagirdini avtomobil vurub6-10-2021, 09:16 |
|
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb. Binə qəsəbəsində avtomobil yolu keçən 2005-ci il təvəllüdlü Əliyev Məhəmməd Ədalət oğlunu vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub. Hadisənin təfərrüatı araşdırılır. Rubrika.Az Geri qayıt |