Əsas Səhifə > Dünya > Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib
Roma Papası kilsələrdə minlərlə uşağın cinsi istismara məruz qalmasına münasibət bildirib6-10-2021, 09:36 |
|
Roma Papası Fransisk kilsədə cinsi təcavüzü araşdıran müstəqil komissiyanın yaydığı hesabata münasibət bildirib. Qeyd edək ki, kilsələrdə uşaqların cinsi istismarını araşdırmaq üçün 2018-ci ildə yaradılan müstəqil komissiyanın hesabatına əsasən, Fransada kilsələrdə 1950-ci ildən 2020-ci ilə qədər 216 min uşaq cinsi istismara məruz qalıb. Roma Papası Fransisk Katolik Kilsəsindəki pedofiliya ilə bağlı hesabatın məzmunundan dərin mənəvi əzab keçirdiyini vurğulayıb. Bu barədə Müqəddəs Taxt-tacın mətbuat xidmətinin rəhbəri Matteo Bruni açıqlama verib. Xatırladaq ki, 1950-ci ildən bəri Fransa Katolik Kilsəsində 2900-3200 arasında pedofil keşiş və ya kilsənin digər üzvlərinin fəaliyyət göstərdiyini aşkarlanıb. 2500 səhifəlik hesabatda həm cinayətkarların sayı, həm də qurbanların sayı əks olunub.(“RİA Novosti”) Rubrika.Az Geri qayıt |