Əsas Səhifə > İstisadiyyat > Nazir Azərbaycan iqtisadiyyatının bərpa olunacağı dövrü AÇIQLADI
Nazir Azərbaycan iqtisadiyyatının bərpa olunacağı dövrü AÇIQLADI6-10-2021, 10:51 |
|
..“Pandemiyadan əvvəl dünya iqtisadiyyatında qlobal ümumi daxili məhsulda orta illik artım tempi 3,5 faiz olmuşdusa, pandemiyanın davam etdiyi 2020-ci ildə bu geriləmə 3,2 faiz təşkil edib”. Rubrika.az Oxu.Az-a istinadən məlumat verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələşdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda keçirilən tədbirdə deyib. Onun sözlərinə görə, pandemiya ilə bağlı 2020-ci ildə Azərbaycanda ümumi daxili məhsulda 4,3 faiz azalma baş verib: “Pandemiya ilə əlaqədar dövlət gəlirlərinin azalmasına baxmayaraq, hökumət tərəfindən makroiqtisadi sabitliyin təmin edilməsi məqsədi ilə 2,7 milyard dollar yardım təqdim edilib. Bu yardım paketi 5 milyon vətəndaşı əhatə edib”. O qeyd edib ki, 2021-2022-ci ilin Azərbaycanda iqtisadiyyatın bərpa dövrünün olacağı planlaşdırılır. Nazir əlavə edib ki, münbit dinamika bu ilin sonuna qədər qeyri-neft məhsulları ixracını 2,2 milyard dollara çatdırmağa imkan verəcək. Rubrika.az Geri qayıt |