Əsas Səhifə > Dünya > Müsəlman ölkəsindən kritik həmlə: Kosmosa qalxmağa hazırlaşır
Müsəlman ölkəsindən kritik həmlə: Kosmosa qalxmağa hazırlaşır6-10-2021, 11:56 |
|
..Birləşmiş Ərəb Əmirlikləri “BƏƏ zondu” bu ilin əvvəlində qırmızı planetə çatdıqdan sonra Mars və Yupiter arasındakı əsas asteroid qurşağını araşdırmaq üçün kosmosa kosmik gəmi buraxacaq. Rubrika.az Teleqraf.com-a istinadla xəbər verir ki, 2028-ci ildən başlayacaq 5 illik səyahətin 3.6 milyard kilometr olacağı gözlənilir. Missiyanın ilk hədəfi 2028-ci ilin ortalarında Veneranın ətrafındakı göy cisminə çatmaqdır. 2029-cu ilin ortalarında isə Yer kürəsinə qayıtması planlaşdırılır. Kosmik gəmi 2030-cu ildə asteroidləri araşdırmaq üçün ilk uçuşunu həyata keçirəcək. Yerdən 560 milyon kilometr uzaqlıqdakı bir asteroidə enməzdən əvvəl yeddi “əsas kəmər” asteroidlərini müşahidə edəcək. Rubrika.az Geri qayıt |