Əsas Səhifə > İdman > Millətlər Liqasında yarımfinallar başlayır: Avropa çempionları İspaniyaya qarşı
Millətlər Liqasında yarımfinallar başlayır: Avropa çempionları İspaniyaya qarşı6-10-2021, 14:01 |
|
..Bu gün UEFA Millətlər Liqasında yarımfinal mərhələsinə start veriləcək. Rubrika.az Oxu.Az-a istinadla xəbər verir ki, Milanın “San Siro” stadionunda meydan sahibi, son Avropa çempionu İtaliya ilə İspaniya qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Matçı Rusiyadan olan hakim Sergey Karasyov idarə edəcək. Xatırladaq ki, bu komandalar AVRO-2020-nin yarımfinalında da bir-birinə rəqib olub. Həmin vaxt 1:1 hesabı ilə başa çatan matçın taleyini penaltilər seriyası müəyyənləşdirib. İtalyanlar 4:2 qalib gələrək finala çıxıb. Qeyd edək ki, yarımfinalın digər oyununda son dünya üçüncüsü Belçika Turində son dünya çempionu Fransa ilə qarşılaşacaq. Rubrika.az Geri qayıt |