Əsas Səhifə > Cəmiyyət > İngiltərənin Ermənistandakı səfiri yenə susdu - ermənilər ondan sərfəli söz almaq istəyir

İngiltərənin Ermənistandakı səfiri yenə susdu - ermənilər ondan sərfəli söz almaq istəyir


8-10-2021, 17:16
İngiltərənin Ermənistandakı səfiri yenə susdu - ermənilər ondan sərfəli söz almaq istəyir

Böyük Britaniya Krallığının İrəvandakı səfiri Con Qallager Azərbaycan-Ermənistan ətrafında yaranan situasiyanı yerli jurnalistlərə şərh etməkdən boyun qaçırıb.

Rubrika.Az musavat.com-a istinadən xəbər verir ki, səfirin bu cür davranışı erməni mətbuatında ciddi tənqid olunub.
Qeyd etmək lazımdır ki, britaniyalı diplomat Ermənistan Fransız Universiteti tərəfindən təşkil olunan “Ermənistanda hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi” mövzusunda bir konfransda iştitak edirmiş.

Burada səfirə yaxınlaşan jurnalistlər bölgədə cərəyan edən hadisələrlə əlaqədar onun fikrini almaq istəyiblər.

Əvəzində Con Qallager media mənsublarına “informasiya almaq üçün səfirliyə müraciət etmələrini” məsləhət görüb.

Rubrika.Az
Geri qayıt