Əsas Səhifə > Dünya > Baydendən Türkiyəyə qarşı skandal ittiham: “Bizə təhlükə yaradır”

Baydendən Türkiyəyə qarşı skandal ittiham: “Bizə təhlükə yaradır”


8-10-2021, 10:34
Baydendən Türkiyəyə qarşı skandal ittiham: “Bizə təhlükə yaradır”

..ABŞ Prezidenti Co Bayden Suriyada fövqəladə vəziyyət rejimini daha bir il uzaldıb.

Rubrika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bayden məsələ ilə əlaqədar Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Türkiyədən də bəhs edib.

ABŞ prezidenti Türkiyənin Suriyadakı əməliyyatının İŞİD-lə mübarizəyə zərər verdiyini bildirib.

Bayden məktubunda yazır:

“Suriyadakı situasiya və bununla əlaqədar hallar, xüsusən də Türkiyə hökumətinin Suriyanın şimal-şərqində hərbi hücuma keçməsi İŞİD-i məğlub etmək səylərini alt -üst edir”.

Amerika başçısı Türkiyəni bölgədə sülhü, təhlükəsizliyi və sabitliyi pozmaqla da təhdid etdiyini bildirib. O, bununla Suriyada ABŞ-ın milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükənin yarandığını bildirib.


Rubrika.az
Geri qayıt