Əsas Səhifə > Cəmiyyət > Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb
Evdə iynə vurduran Naftalan sakini anafilaktik şok nəticəsində ölüb11-10-2021, 09:04 |
|
Naftalanda səhhətində yaranmış problemlə bağlı iynə vurduran şəxs anafilaktik şok nəticəsində dünyasını dəyişib. “Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Naftalan şəhərində qeydə alınıb. Naftalan sakini, 1986-cı il təvəllüdlü D.Qasımov səhhətində yaranmış problemlə bağlı yaşadığı evdə iynə vurdurub. Lakin o, anafilaktik şok keçirib və dünyasını dəyişib. Faktla bağlı Naftalan şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. Rubrika.Az Geri qayıt |