Əsas Səhifə > Hadisə > Bakıda yaşayış binası yandı
Bakıda yaşayış binası yandı11-10-2021, 10:14 |
![]() ..Bakıda yaşayış binasında yanğın olub. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, paytaxtın Suraxanı rayonunda ümumi sahəsi 5 m² olan taxta konstruksiyadan ibarət köməkçi tikili, içərisinə yığılan taxta tullantıları və bitişik yaşayış binasının birinci mərtəbəsində 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi yanıb. Yüksək temperaturdan bitişik binada 1 ədəd kondisioner və 5 ədəd plastikdən ibarət pəncərə çərçivəsi qarsalanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.(Teleqraf.com) Rubrika.az Geri qayıt |