Əsas Səhifə > Qanun > Vilayət Eyvazovdan yeni təyinat

Vilayət Eyvazovdan yeni təyinat


12-10-2021, 10:47
Vilayət Eyvazovdan yeni təyinat

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Nərimanov Rayon Polis İdarəsinin İstintaq şöbəsinin rəisi polis polkovnik-leytenantı Vüqar İsmayılov vəzifəsindən azad edilərək, sərəncama götürülüb.

Onun yerinə isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisinin köməkçisi polis polkovnik-leytenantı Bəkir Qarayev təyin edilib.

Qeyd edək ki, B.Qarayev bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsində İstintaq və Təhqiqat İdarəsinin rəisi vəzifəsində çalışıb (oxu.az).

Rubrika.az
Geri qayıt