Əsas Səhifə > Səhiyyə > Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI
Daha bir özəl məktəbin şagirdlərində koronavirus AŞKARLANDI14-10-2021, 15:16 |
|
..Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb. Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub. Təhsil Kompleksi sorğulara cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb: “Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”. Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən “Baku-Oxford School” özəl məktəbdə də şagirdlər arasında koronavirus yayılmışdı. Rubrika.az Geri qayıt |