Əsas Səhifə > Dünya > Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları narahatdır

Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları narahatdır


15-10-2021, 13:25
Qarabağdakı ermənilər azalır - Rus sülhməramlıları narahatdır

"Əldə etdiyimiz məlumata görə, Rusiya hakimiyyəti və Qarabağda yerləşən rus sülhməramlıları Qarabağdakı mühacirət dərəcəsindən çox narahatdır".

Rubrika.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Qəzet qeyd edir ki, Rusiya tərəfi mühacirətin Qarabağın demoqrafik mənzərəsini dəyişə biləcəyinə inanır. Düşünürlər ki, Qarabağ ermənilərinin bu əraziləri tərk etməsi nəticəsində insanların yaşamadığı torpaqların qorunmasına artıq ehtiyac olmayacaq.

"Hraparak" qeyd edir ki, sülhməramlıların 5 illik yerləşdirmə müddəti başa çatanda Qarabağdakı ermənilərin sayının kəskin azaldığı fakt olaraq ortaya çıxa bilər ki, bu da Ermənistan üçün ciddi problem sayılmalıdır.

Rubrika.az


Geri qayıt