Əsas Səhifə > Cəmiyyət > Füzulidə iş yoldaşını öldürən şəxs tutulub
Füzulidə iş yoldaşını öldürən şəxs tutulub18-10-2021, 09:56 |
|
Oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Füzuli Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. RUBRIKA.AZ Geri qayıt |