Əsas Səhifə > Hadisə > Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb
Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb18-10-2021, 11:25 |
|
..Füzuli rayonunda iş yoldaşını öldürən şəxs saxlanılıb. Rubrika.az xəbər verir ki, Füzuli Rayon Prokurorluğundan Milli.az-a verilən məlumata görə, oktyabrın 16-sı saat 22 radələrində Füzuli rayonu ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla zərərçəkmişin iş yoldaşı 1981-ci il təvəllüdlü Zamin Mehdiyevin aralarında yaranmış mübahisə zamanı Şükür Əhmədova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Füzuli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Zamin Mehdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Rubrika.az Geri qayıt |