Əsas Səhifə > Aktual > Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib


18-10-2021, 14:03
Ötən həftə 140 hektardan çox ərazi minadan təmizlənib

..ANAMA işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumatı açıqlayıb.

ANAMA-dan verilən məlumata görə, oktyabrın 11-dən 16-na qədər Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 140 piyada əleyhinə, 27 tank əleyhinə mina və 1146 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

141,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Qeyd edək ki, ötən ay 634 hektar ərazi mina və PHS-lardan təmizlənmişdi.(Milli.az)

Rubrika.az
Geri qayıt