Əsas Səhifə > Səhiyyə > Rusiyada yoluxma sayı 8 milyonu keçdi – Yeni rekord
Rusiyada yoluxma sayı 8 milyonu keçdi – Yeni rekord19-10-2021, 08:41 |
|
..Rusiyada son sutka ərzində koronavirus infeksiyasına 34 325 yoluxma hadisəsi qeydə alınıb. Bu, pandemiyanın başlanğıcından bəri rekord göstəricidir. Rubrika.az Teleqraf.com-a istinadənd xəbər verir ki, bu rəqəm əvvəlki gündən 0,06% çoxdur (34 303). Ümumi yoluxma hadisələrinin sayı 8 027 012-ə yüksəlib. Sutka ərzində 998 nəfər koronavirusdan ölüb. Bununla da ölənlərin sayı 224 310-a çatıb. Gün ərzində 16 431 nəfər koronavirusdan sağalıb, sağalanların ümumi sayı 7 017 055 nəfərdir. Bölgələr üzrə COVID-19-a yoluxma hadisələrinin sayına görə liderlər Moskva və Sankt-Peterburq şəhərləri, Moskva, Samara və Nijni Novqorod vilayətidir. Rubrika.az Geri qayıt |