Əsas Səhifə > İdman > Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub
Avropa çempionatı: Azərbaycanın futzal millisinin rəqibləri bəlli olub18-10-2021, 21:44 |
|
Futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkü atılıb. Niderlandın Zeist şəhərində təşkil olunan püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşib. Joze Alesionun baş məşqçi olduğu kollektiv Gürcüstan, İspaniya və Bosniya və Herseqovina yığmaları ilə birlikdə D qrupunda mübarizə aparacaq. Final mərhələsinə sonuncu vəsiqənin sahibi noyabrda Belarus və Serbiya yığmaları arasında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək. A qrupu: Niderland, Serbiya / Belarus, Ukrayna, Portuqaliya B qrupu: Qazaxıstan, İtaliya, Sloveniya, Finlandiya C qrupu: Rusiya, Polşa, Slovakiya, Xorvatiya D qrupu: Gürcüstan, İspaniya, Azərbaycan, Bosniya və Herseqovina 22 yanvar, Qroningen Gürcüstan – Azərbaycan 26 yanvar, Qroningen İspaniya – Azərbaycan 29 yanvar, Amsterdam Azərbaycan - Bosniya və Herseqovina Qeyd edək ki, 19 yanvar - 6 fevralda Niderlandda keçiriləcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq. İndiyədək İspaniya 7, İtaliya 2, Rusiya və Portuqaliya isə hərəyə 1 dəfə Avropa çempionu olub. Gürcüstan, Finlandiya, Slovakiya, Bosniya və Herseqovina isə həlledici mərhələdə debüt edəcəklər. Rubrika.Az Geri qayıt |