Əsas Səhifə > Cəmiyyət > Azərbaycanda indiyədək 7552 İİV xəstəsi qeydiyyata alınıb
Azərbaycanda indiyədək 7552 İİV xəstəsi qeydiyyata alınıb19-10-2021, 12:54 |
|
"Azərbaycanın qanunvericilik aktları üzrə İİV-infeksiyasının diaqnozu klinik, laborator və epidemioloji məlumatlar əsasında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Ekspert Şurasının qərarı ilə qəbul edilir və təsdiqlənir. İİV-ə yoluxması təsdiq olunan insanlar Respublika QİÇS-lə Mübarizə Mərkəzinə müraciət etməlidirlər, onlar burada qeydiyyata alınır və həmin vaxtdan etiotrop antiretrovirus terapiyasına qoşulur". Rubrka.Az xəbər verir ki, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb: "Həmin vaxtdan 2021-ci ilədək Respublika QİÇS-lə Mübarizə Mərkəzinə rəsmi olaraq 7552 İİV-infeksiyası ilə yaşayan xəstə qeydiyyata alınıb, onlardan təxminən 70 faizi kişilər təşkil edir". Rubrka.Az Geri qayıt |