Əsas Səhifə > Cəmiyyət > Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ
Bakıdakı dəhşətli qəzada yaralananlardan biri də ÖLDÜ20-10-2021, 11:44 |
![]() Bakıda baş verən dəhşətli qəza zamanı yaralananlardan biri dünyasını dəyişib. Hadisədə ağır xəsarət alan 1975-ci il təvəllüdlü Zeynalabdiyev Ramiz ayın 17-də müalicə aldığı xəstəxanada vəfat edib. Xəstəxanada müalicəsini davam etdirən digər pasiyentlərin vəziyyəti isə stabil olaraq qalır. Qeyd edək ki, oktyabrın 13-də səhər saatlarında Bakıda “Mercedes-Benz” markalı yük avtomobili ilə “Daewoo” markalı sərnişin avtobusunun toqquşması nəticəsində beş nəfər ölmüş, 26 nəfər isə xəsarət almışdı. Rubrika.Az Geri qayıt |