Əsas Səhifə > Səhiyyə > Səhiyyə eksperti: “İnsan COVID-19 keçirib peyvənd olunursa, immun sistemi daha da güclənir”
Səhiyyə eksperti: “İnsan COVID-19 keçirib peyvənd olunursa, immun sistemi daha da güclənir”20-10-2021, 15:57 |
|
“Peyvəndə olan əks-göstərişlərin bəziləri müvəqqəti xarakter daşıyır. Bir müddət keçdikdən sonra peyvənd olunması tövsiyə edilir”. Rurbika.Az Oxu.Az-a istinadla xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov canlı yayımda sualları cavablandıran zaman deyib. O bildirib ki, peyvəndin vaxtında vurdurulması daha məqsədəuyğundur: “Əgər şəxs COVID-19-a yoluxaraq xəstələnib və rəsmi şəkildə qeydiyyata düşübsə, immun sertifikatı alır. 6 aydan sonra vaksin olunmalıdır ki, onun immun sertifikatının müddəti uzadılmış olsun. Xəstəlik keçirib peyvənd olunursa, onun immun sistemi daha da güclənir”. Rurbika.Az Geri qayıt |