Əsas Səhifə > Cəmiyyət > Qaydaları kobud şəkildə pozan şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI - FOTO

Qaydaları kobud şəkildə pozan şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI - FOTO


21-10-2021, 12:40
Qaydaları kobud şəkildə pozan şadlıq sarayının rəhbəri CƏZALANDIRILDI - FOTO

Yevlax şəhərində fəaliyyət göstərən “Təbiyət” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub.

Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.

Rubrika.Az
Geri qayıt